"Ərim evə gələndə mini libasımı geyinib, şamları yandırıram..."

"Ərim evə gələndə mini libasımı geyinib, şamları yandırıram..."
8170 dəfə oxunub
  • A-
  • A
  • A+
Milyonçu Evan Şpiqelə ərə gedən 34 yaşlı model Miranda Kerr şəxsi həyatından danışıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, model ailədə kişinin rolunun üstün olduğunu bildirib:

“Nənəm həmişə məni öyrədirdi ki, bütün insanlar gözləri ilə sevir. Buna görə də, Evan evə gələndə mən mini libasımı geyinib, şamları yandırıb, ona gözəl şam hazırlayıram. İşimi görərkən mən əmr verib, qərar qəbul edə bilərəm. Ancaq evdə daha xanım-xatın davranır və Evana imkan verirəm ki, hökmünü ortaya o qoysun. Mən işimdə dominantam, evdə isə zəif olmağa üstünlük verirəm”.