Güneldən özünü Akalaya oxşatması xəbərinə cavab: "Nə gündəyəm..."

Güneldən özünü Akalaya oxşatması xəbərinə cavab:  "Nə gündəyəm..."
10714 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan müğənni Günel Zeynalova son günlər haqqında yayılan xəbərlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, Türkiyə mediası Günelin plastik əməliyyatla özünü aktrisa Birce Akalaya oxşatdığını yazıb.

Sənətçi bildirib ki, Birceni çox bəyənir, amma özünü ona oxşatmır:

"Mən böyüyə bilmərəm? Həmişə uşaq qalmalıydım? İnsanlar bunu başa düşmür, edəcək heç nə yoxdur. Birceni sevirəm, amma onunla heç əlaqəm yoxdur. Mənim gözlərim ala, onunki isə yaşıldır. Deyirlər ki, çənəmi, burnumu, yanaqlarımı, dişimi düzəltdirmişəm. Mən nə gündəymişəm ki, hər yerimi düzəltdirdim. Burnumu etdirdim, heç kimdən qorxmuram, yalan da danışmıram".