Amerikanın ən gözəli bu qız oldu - fotolar

Amerikanın ən gözəli bu qız oldu - fotolar
3621 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın Atlantik-Siti şəhərində “Miss America 2018” müsabiqəsi keçirilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, müsabiqənin budəfəki qalibi Şimali Dakota ştatından 23 yaşlı Kara Mund olub.

Yarışmada qələbə uğrunda 51 model mübarizə aparıb. Karaya tacı “Miss America 2017”nin qalibi Seyvi Şilds təqdim edib.

Müsabiqənin münsif heyətində bu il müğənni Cordin Sparks, aktrisa Molli Smis, musiqiçi Tomas Rett, gündəlik “People” dərgisinin baş redaktoru Cess Keyql olub. Yarışmanın proqramı 5 mərhələdən ibarət olub: gecə libasında dəfilə, bikinidə nümayiş, müsahibə, yaradıcılığın qiymətləndirilməsi və həyat tərzi.

Qeyd edək ki, Kara Mund Bismark şəhərində dünyaya gəlib. O, bu il Amerikanın nüfuzlu Braunovski Uinversitetini bitirib. Hazırda o, elmlər doktoru olmaq üçün hazırlaşmağa başlayıb.