Mövsümü "Leyli və Məcnun"la açacaqlar

Mövsümü "Leyli və Məcnun"la açacaqlar
446 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni -109-cu teatr mövsümünü sentyabrın 19-da Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.

Teatrdan Axşam.az-a bildirilib ki, səhnə əsərində Məcnun rolunu xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə gənc solist Arzu Əliyeva ifa edəcək.

Tamaşada digər rolları əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov, Sabir Əliyev və başqaları canlandıracaq.

Səhnə əsərini dirijor əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq digər tamaşa - Q.Qarayevin “Yeddi gözəl” baleti isə sentyabrın 24-də təqdim olunacaq.