"Renkanı turbaya dolanan vaxtından tanıyıram" - şok sözlər

"Renkanı turbaya dolanan vaxtından tanıyıram" - şok sözlər
31679 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Təranə Səmədova ilə rəqqasə Renka (Rəna Ağamuradova) arasında yaşanan qalmaqal davam edir.

Axşam.az-ın məlumatına görə, ARB TV-nin “Günə davam” proqramında qonaq olan prodüser küsülü olduğu rəqqasəni tərbiyəsiz adlandırıb:

“Hər dəfə zarafata salırdım, ünsiyyət yaratmağa çalışırdım ki, mənimlə barışsın. Çünki, bu, səriştəsizliyindən irəli gəlir. O, yetərincə ağıllı olsaydı, belə şeyin üstündə mənimlə qırğına çıxmazdı. Amma gətirdi o yerə çıxartdı ki, gördüm, ağılsız və tərbiyəsizdir. Mən o insanla bir daha barışmaq istəmirəm”.

Bu sözlərlə kifayətlənməyən Səmədova Renkanı uzun müddətdir tanıdığını və keçmişini bildiyini bildirib:

“Mən səmimi etiraf edəcəm. Oriental rəqsini o vəziyyətə salıblar ki, rəqqasə stol-stol gəzir və masalardan pul toplayır. Mən Renkanı turbaya dolanan vaxtından tanıyıram. Üzr istiyirəm, onun qucağından bunun qucağına atılan vaxtından tanıyıram. Yəni biri var masaya yaxınlaşasan, biri də var ki, bu qucaqdan atalar o birinə. Özümə ayıb bilirəm bunları danışmağı. Amma o insanın mənə “sənə qadın kimi hörmətim yoxdur” deməsi bir az gülünc haldır”.

Xatırladaq ki, T.Səmədova bundan öncə saytımıza bildirmişdi ki, onunla Renka arasında dava bir ildən çoxdur davam edir:

“Əslində qalmaqalın səbəbi başqadır. Dava kişi davasıdır. Renkanın keçmiş sevgilisi mənim dostumun dostudur, münasibətlərimiz var. O da məndən inciyib ki, keçmiş sevgilimlə niyə dostluq edirsən”.