Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında

Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında
326 dəfə oxunub
  • A-
  • A
  • A+
18-26 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Axşam.az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrı da festivalda iştirak edəcək.

Qurumun mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı festivalda dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını nümayiş etdirəcək.

Tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edəcək. Bu ünlü sənətçi məhz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakımızla bağlı dəvət olunub. Hal-hazırda Bakıda olan Bərdia Kiyarəsin teatrda orkestrla, aktyor heyəti ilə məşqləri davam edir.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşası 23 senytabr, “Arşın mal alan” əsəri isə 24 sentyabr tarixində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.