"Rədd olun" deyib, türkləri sildi

"Rədd olun" deyib, türkləri sildi
3338 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkəsilli alman aktrisa Sibel Kekilli bir müddət əvvəl bütün sosial şəbəkə hesablarını bağlayacağını bildirsə də, həqiqət üzə çıxıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın sadəcə türkləri “blok” etdiyi məlum olub. Sibelin profilini ziyarət edən türkiyəli vətəndaşlar “Olduğunuz bölgədə bu profilə girmək mümkün deyil” xəbərdarlığı ilə qarşılaşır.

Xatırladaq ki, Kekilli bir müddət əvvəl “Təhdidlərinizi və iyrənc mesajlarınızı daha bundan sonra görməyəcəyəm. İkiüzlü, nifrət və həsədlə dolusunuz. Sizə yazığım gəlir! Rədd olub gedin! Məni izləməyi dayandırın!” deyərək profillərini bağlaycağaını bildirmişdi.