Tanınmış müğənninin əri həbs edildi - dələduzluğa görə

Tanınmış müğənninin əri həbs edildi - dələduzluğa görə
2805 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İşın Karacanın keçmiş əri Sedat Doğan Braziliyanın San-Paulo şəhərində həbs edilib.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin eks əri dələduzluqda ittiham olunur.

Belə ki, Sedat Braziliyada restorandan kredit kartı oğurlayarkən tutulub. O, eyni zamanda həmin bölgədə başqa bir türk restoranından da oğurluq edibmiş. Doğan Herkulano Xose adlı restoran işçisinin çantasını da oğurlayıbmış. Araşdırmalar zamanı məlum olub ki, bu, Sədatın ilk dələduzluğu deyil.

O, marketlərin birindən içki götürərkən də tutulub. Türkiyədə də müğənni Demet Akalını aldadaraq pulunu ələ keçirən Sedat polisdən qaçaraq Braziliyaya sığınmışdı.