Əməkdar artist səhhətindən danışdı

Əməkdar artist səhhətindən danışdı
965 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Natiq Şirinov səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

Axşam.az-ın məlumatına görə, nağara ifaçısı bildirib ki, “ATV maqazin onlarla” verilişində əməliyyat olunması haqda dediyi sözlərdən sonra yaxınları onun üçün narahat olublar. O, əməliyyatın 2004-cü ildə olduğunu söyləyib:

"Xırda damarlarda tutulmalar yaranmışdı. Amma bu artıq keçmişdə qalıb. Hazırda səhhətimdə heç bir problem yoxdur. Mütəmadi olaraq da müayinələrdən keçirəm. Narahat olunacaq bir səbəb yoxdur. Bir–birinin ardınca konsertlərimiz olur.

Bu yaxınlarda Gürcüstanda "One Caucasus" festifalinda və Soçidə səfərdə olmuşuq. Bu xəbərdən sonra mənə görə narahat olan dəyərli xalqıma minnətdarlığımı bildirirəm. İrəlidə gözəl proyektlər və görəcəyimiz çox işlər var".