Müslüm Maqomayevə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib

Müslüm Maqomayevə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib
344 dəfə oxunub
  • A-
  • A
  • A+

SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) gənc ifaçıların yaradıcılıq gecəsi keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Müslüm Maqomayevin həyat və yaradıcılıq yolundan bəhs edən sərgi ilə tanış olublar.

“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov tədbirdə çıxış edərək dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin musiqi mədəniyyətinə töhfələrindən danışıb. Vurğulayıb ki, 1962-ci ildə Helsinki şəhərində Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalındakı uğurlu çıxışı Müslüm Maqomayevə geniş şöhrət gətirib.

Yaradıcılıq gecəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aslan Əzimzadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Orxan Cəlilov və akademiyanın məzunu Ramil Hüseynli Müslüm Maqomayevin repertuarından əsərlər səsləndiriblər.