24 yaşlı britaniyalı dizayner Rayan Yasin “uşaqlarla birlikdə böyüyən” paltar hazırlayıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kollecdə mühəndislik ixtisası üzrə təhsil alan Rayan belə bir fikrə qohumlarının uşaqlarına hədiyyə etdiyi paltarların bir neçə il sonra onların əyninə balaca olduğunu gördükdən sonra gəlib.

O, eninə və uzununa genələn xüsusi parça hazırlayaraq balacalar üçün yeni libas kəşf edib. Bu paltarı paltaryuyan maşında yumaq da mümkündür. Üstəlik, sukeçirməzdir.