İzdivaç verilişinin məşhur bəyi həbs olundu - "fahişə" qalmaqalı

İzdivaç verilişinin məşhur bəyi həbs olundu -  "fahişə" qalmaqalı
16731 dəfə oxunub
  • A-
  • A
  • A+

“Zuhal Topalla” izdivaç verilişinin bəy namizədlərindən olan Birkan Key həbs olunub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birkanın əlləri qandallı fotoları mediada yayılıb.

Adanada polis fahişəlik təklif edən bir neçə sayt aşkarlayıb. Həmin internet prortallarının sahibləri – ikisi qadın olmaqla 20-yə yaxın adam polis tərəfindən həbs edilib. Araşdırma zamanı onların 700 qadını əxlaqsızlığa cəlb etdiyi bəlli olub. Onlar müştərilərə 1000-6000 lirə qarşılığında xidmət göstəriblər.

Birkanın iki qadını əxlaqsızlıq üçün sayta gətirdiyi də ortaya çıxıb. Onlardan biri azərbaycanlı olub.

Qeyd edək ki, Birkanın evlilik verilişində yer alan azərbaycanlı Esmira ilə yataq fotoları yayılmışdı.