"Aygün Kazımova hər qadının etmədiyi işə gedir" - Flora Kərimova

"Aygün Kazımova hər qadının etmədiyi işə gedir" -  Flora Kərimova
10003 dəfə oxunub
  • A-
  • A
  • A+

"Aygün mənim üçün sənətdə ayrı adamdır. Konsertə onu istəyənlər, ondan zövq alanlar gedir".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova ARB TV-nin "Günə davam" verilişində deyib.

O bildirib ki, həmkarı Aygün Kazımovanın sentyabrın 22-də baş tutacaq solo konsertinə qatılacaq:

"Aygündən çox şey öyrənmək olar. Onun rejissorluq qabiliyyətindən bəhrələnmək lazımdır. Aygünlə təzə-təzə addımlayanda onun fantaziyasını gördüm. Hər qadının getmədiyi işə gedən adamdır".