"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 15 sentyabr - Bilik Günü ilə əlaqədar daha bir sosial layihə həyata keçirəcək.

Qurumun mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, sentyabrın 15-də metropoliten əməkdaşları məktəblilərlə görüşəcək. Görüş zamanı balaca məktəblilərə hədiyyələr təqdim ediləcək.

Bildirilib ki, görüş sentyabrın 15-də səhər saat 11:00-da metronun "28 may" stansiyasından başlanacaq. Lakin metropoliten əməkdaşları həmin gün əksər metro stansiyalarında olacaq və balaca məktəbliləri sevindirəcək.