2050-ci ildə Azərbaycan əhalisinin sayı bu qədər olacaq

2050-ci ildə Azərbaycan əhalisinin sayı bu qədər olacaq
3107 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Nazir müavini bildirib ki, 2016-cı ilin məlumatına əsasən, əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz, uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil edib.

M.Kərimli bildirib ki, son illərdə müşahidə olunan demoqrafik meyillərə əsasən Azərbaycanda əhalinin artımı davam edəcək və hesablamalara görə, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artaraq 11,8 milyon nəfər təşkil edəcəyi gözlənilir.