Tez-tez sosial şəbəkədə fotolarını paylaşan model və iş qadını Eda Taşpınarın daha bir yalanı üzə çıxıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onun su altında çəkilmiş şəklinin oğurluq olduğu aşkarlanıb.

Belə ki, guya Mikanosda istirahəti zamanı çəkilmiş fotonun əslində Rava adlı birinə aid olduğu və İslandiyada çəkildiyi məlum olub.

500 min izləyicisi olan Edanın bu hərəkətləri izləyicilərini məyus edib.

Xatırladaq ki, bir neçə gün öncə model hesabında “Gecə dənizə girmədən yay qurtarmaz” qeydli foto yerləşdirib. Şəklə Taşpınar 3 rəfiqəsini də işarələyib.

4 qadının olduğu fotonun daha sonradan başqa birinə aid olduğu və 5 ay öncə çəkildiyi ortaya çıxıb.

İzləyicilər Taşpınarı köhnə şəkil oğradığı üçün tənqid ediblər.