Müğənninin 8 yaşlı oğlu evin işıq pulunu ödədi - foto

Müğənninin 8 yaşlı oğlu evin işıq pulunu ödədi - foto
6587 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülben Ergen əkizlərindən Aresin sürprizi qarşısında göz yaşlarını saxlaya bilməyib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, müğənninin oğlu ona verilən cib xərcliyini yığaraq işıq pulunu ödəyib. Aresin notunu sosial şəbəkədə paylaşan gülben bunları yaqzıb:
 
“İşıq, qaz, su pulu poçtumuza gələndə uşaqlarla birlikdə götürürük. Bu gün isə məndən əvvəl onlar götürüb. Evə gələndə yatağımın başında bu zərf var idi. Yayın sonunda hamımız öz büdcəmizi müəyyənləşdirib, oğullarımın ötən il istifadə etdikləri geyimlər, oyuncaqlar, kitabları qablaşdırıb ehtiyacı olanlara yollamış, sudan, işıqdan, qazdan qənaətlə istifadə etməli olduqlarını başa salmışdım. Üstəlik onlara “Qənaətcil olun, yadınızdan çıxartmayın, ananız sizə təkbaşına baxır” demişdim. Bunu ağlayaraq yazıram: oğlum bu ay yığdığı pullarla evin işıq pulunu ödəyib. Yaşı 8”.