Vüqar Emilə söz atdı: “Pul yığmaq xatirinə”

Vüqar Emilə söz atdı: “Pul yığmaq xatirinə”
4766 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Vüqar Muradov sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, sənətçi yeni doğulan övladı üçün qonaqlıq edənləri qınayıb:

“Belə getsə, uşaqlarının ilk dəfə tualetə getməyinə görə də məclis keçirəcəklər. Dəvətnamədə yazacaqlar ki, uşağımızın bezi batırması münasibətilə sizi dəvət edirik. Pul yığmaq üçün bilmirlər nə etsinlər”.

Qeyd edək ki, ötən gün müğənni Emil Bədəlov qızı Zeynəbin dünyaya gəlməsinin 2 ayı münasibətilə qonaqlıq edib.

V.Muradov açıqlamasında bildirib ki, ifadələr E.Bədəlovun ünvanına deməyib:

"Emil mənim 20 illik dostumdur. Heç onun övladına qoanqlıq etdiyini bilmirdim. Bu sözlərim onun ünvanına deyildi".