"Ərim uşaqlarımı qaçırdıb"

"Ərim uşaqlarımı qaçırdıb"
2132 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Ebru şallı ilə sevgili olan Uğur Akkuşun rəsmi nikahda olduğu həyat yoldaşı Qonca Akkuş ərinin uşaqlarını oğurladığını deyib.
 
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə mediaya açıqlama verən Qonca bunları söyləyib:
 
“Həyat yoldaşım oğlumu və qızımı 3 həftədir məndən qaçırır. Mənə “Ya evə qayıt, ya da təzminat tələb etmədən məndən boşan. Yoxsa, uşaqları görə bilməzsən” deyir. Evə qayıdım, o da Ebru ilə münasibətini rahat şəkildə davam etdirsin istəyir. Ebru Şallı ana olaraq mənə anlayış göstərməli idi. Bu işdə onun da barmağı varsa, ar olsun! Uşaqlarımla mən çox əziyyət çəkirik. Eşqlərini yaşasınla bizimlə işləri olmasın. Evliliyim boyunca bir gün belə uşaqlarımdam ayrı qalmamışdım”.

Qeyd edək ki, Ebru Uğura “Arvadından boşandıqdan sonra birlikdə olacağıq” şərtini qoyub.