Azərin “15 Temmuz Gecesi” mahnısını oxudu

Azərin “15 Temmuz Gecesi” mahnısını oxudu
775 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı şəhid olanların xatirəsinə həsr edilən musiqi klipi çəkilib.

Axşam.az xəbər verir ki, “15 Temmuz Gecesi” adlı klipin mahnısını xalq artisti Azərin ifa edib. Mahnının sözləri Cengiz Numanoğluna, musiqisi isə gənc bəstəkarımız Zümrüd Tağıyevaya məxsusdur.

Klipdə 15 iyul dövlət çevrilişinə cəhd zamanı demokratiyaya sadiqlik nümayiş etdirərək qəhrəmancasına şəhid olan vətəndaşların xatirəsinin daim yaddaşlarda yaşayacağı diqqətə çatdırılır.