Azərbaycanlı rəssamın Türkiyədə sərgisi açılıb

Azərbaycanlı rəssamın Türkiyədə sərgisi açılıb
1672 dəfə oxunub
  • A-
  • A
  • A+

Ankaranın Antigone Sanat Evində azərbaycanlı rəssam Nəvai Mətin Məmmədoğlunun “Rənglərim rəngimdir” adlı fərdi sərgisi açılıb.

Sərgi məşhur türk rəssamı Savaş Simitlinin dəvəti ilə baş tutub. Ekspozisiyada rəssamın Türkiyədə keçirilmiş Beynəlxalq Aktivist Sənətçilər Birliyinin təşkil etdiyi festivalı çərçivəsində çəkilmiş əsərləri nümayiş olunur. Sərgi fevralın 10-dək davam edəcək. Keçən il azərbaycanlı fırça ustaları Nəvai Mətin Məmmədoğlu və İlqar Əkbərov Türkiyənin İzmir şəhərində “Şərqdən Qərbə, Qərbdən Şərqə” mövzusunda keçirilmiş sərgidə də ölkəmizi təmsil edib və Beynəlxalq Sənətçilər Birliyinə üzv seçiliblər.

AzərTac