"Səni son mənzilə yola sala bilmədim" - Vüsalə Əlizadə

"Səni son mənzilə yola sala bilmədim" -  Vüsalə Əlizadə
25662 dəfə oxunub
  • A-
  • A
  • A+
"Səni məndən, bizdən alan bu tarixi heç sevmirəm, ata. Düz 7 ildir... Kaş qoxunu hiss edərdim, zəhmətdən qabar olan əllərinlə başıma sığal çəkib mənim güclü, kişi balam deyərdin".

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə İnstaqram səhifəsində yazıb.

Atasının məzarını ziyarət edən Vüsalə onun üçün darıxdığını dilə gətirib:

"Səni arzulayıram. Bütün arzularıma əziyyətlə, damla-damla çatmışam. Amma bu mümkünsüzdür bilirəm. Sənin yükünü çiyinlərimə aldım, sənin arzuladığın kimi həyata keçirdim. Əminəm ki, ruhun şaddır, gözün arxada qalmayıb. Sinən üstündə açan çiçəklər belə hüzurundan xəbər verir, canım atam.

Məndən nigaran olduğun təkcə bu idi, artıq 6 ildir mən də tək çiçəyim qucağımda gəlirəm hüzuruna. Amma mən bir ömür boyu bu acını çəkəcəyəm. Səni son mənzilə yola sala bilmədim, bu, ən yaralı yerimdir. Canımı yandıran yerim... Kaş ölümsüz olaydın dünya...".