Məşhur müğənni Şakira yeni klipini təqdim edib.
 
Axşam.az-ın məlumatına görə, ifaçı bu dəfə “Perro Fiel” (“Sadiq it”) mahnısını ekranlaşdırıb. Şakiranın duet ortağı isə Nik Cem olub. Şakira futbolçu əri Jerar Pikenin xahişinə baxmayaraq, klipində Niklə rəqs edib.

Belə ki, müğənni bu yaxınlarda müsahibəsində “Pike daha mənə kişilərlə rəqs etməyə icazə vermir. Bundan sonra gərək yalnız qadınlarla rəqs edim” demişdi.