Nazirlik 70 adda kitab nəşr edib

Nazirlik 70 adda kitab nəşr edib
786 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ötən il 70 adda kitab nəşr edilib.

Bu sırada 2012-ci ildə yubileyləri dövlət səviyyəsində qeyd edilən ədiblərimizə həsr olunan nəşrlər xüsusi yer tutur.

Nazirlikdən AzərTAc-a bildiriblər ki, ümumiyyətlə, son yeddi ildə 300-dən çox adda kitab nəşr edilərək ölkə kitabxanalarına paylanıb. Ötən dövr ərzində dünyanın müxtəlif yerlərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında nümayiş olunan Azərbaycan kitabları maraqla qarşılanmış və bir çox beynəlxalq müsabiqələrin qalibi olub. Təkcə bu faktı xatırlatmaq kifayətdir ki, ötən ilin mayında Astanada keçirilən IX beynəlxalq kitab müsabiqəsində nazirliyin dəstəyi ilə “Təhsil” nəşriyyatında nəfis tərtibatda çap olunmuş “Novruz” kitabı “Mənim ölkəm” nominasiyasında qalib gəlib. Həmin kitab, eyni zamanda, “Nobel” kitabı ilə birlikdə “Qran pri” nominasiyasında xüsusi diploma layiq görülüb.