"Mən radara düşməsəm, dövlətə o pulu kim ödəcəyək?"

"Mən radara düşməsəm, dövlətə o pulu kim ödəcəyək?"
5892 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elnarə Abdullayeva 2 ildir ki, avtomobilini idarə edə bilmir.

Axşam.az-ın məlumatına görə, bunu aparıcı Zaur Kamal “5-də 5” verilişində açıqlayıb:

“Elnarənin 7 MMX-sı var. 3-ü qüvvədən düşüb, 4-ü qüvvədədir. Yəqin gözləyir ki, bir il keçsin onlar da qüvvədən düşsün. Elnarəyə bal yazılıb, 110 manat borcu var. Bundan başqa, həyat yoldaşı Elxan bəy ona avtomobili idarə etmək üçün etibarnamə verib. Həmin etibarnamənin vaxtı bitdiyi üçün Elnarə 2 ildir avtomobil sürə bilmir”.

E.Abdullayeva isə Zaurun bu ittihamlarına belə cavab verib:
 
“Mən çox yaxşı maşın sürürəm. 1-2 il var ki, avtomobil idarə etmirəm. Bir dəfə rayona gedəndə Elxan maşını 4 dəfə çevirdi, ondan sonra mən maşın sürmürəm. Mən radara düşməyəndən sonra bu dövlətə o pulu kim ödəyəcək? Dövlət bilir ki, Elnarədə pul batmaz”.