7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq

7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
5506 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük Britaniya şahzadəsi Uilyamın xanımı, Kembric hersoginyası Keyt Middlton əkiz uşaq dünyaya gətirəcək.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu iddianı kral sarayından etibarlı mənbəyə istinadən Qərb mediası yayıb. Üstəlik, əkizlərdən biri qız, digəri oğlandır. İddia gerçək olarsa, Middltonla Uilyam 700 il fasilədən sonra əkiz uşaq dünyaya gətirən ilk kral ailəsi üzvü olacaqlar. Bu isə taxt-tac varisliyindəki növbələşməyə də təsir edəcək.

Xatırladaq ki, Keytin daha əvvəlki hamiləliyində də əkiz uşaq anası olacağı deyilsə də, iddia təsdiqini tapmamışdı.
 
Qeyd edək ki, Keytlə Uilyamın Corc adlı 4 yaşlı oğlu, Şarlotta adlı 2 yaşlı qızı var.