"Niyə şəxsi həyatla bir-birinizi şantaj edirsiniz?" - Lalədən həmkarlarına

"Niyə şəxsi həyatla bir-birinizi şantaj edirsiniz?" -  Lalədən həmkarlarına
1553 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova şəxsi həyatı ilə gündəmə gələn müğənniləri qınayıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Bu bizik, Toliklə” verilişində həmkarlarına səslənərək bunları deyib:

“Son aylarda qadın ifaçılarımız arasında qabarıq şəkildə ədavət var. Şəxsi həyatın efirə çıxarılmasına qarşıyam. Bir neçə ay bundan əvvəl başqa müğənninin şəxi həyatı haqda xəbərlər yayıldı. Biri onu şantaj edirdi ki, kiminləsə şəxsi münasibətin olub, şəkillərini efirdə yayacam. Kənardan bunu görən bir qadın kimi əsəb keçirirdim. Sizin nə ixtiyarınız var ki, şəxsi həyatla bir-birinizi şantaj edirsiniz? Kiminsə həyatında kimsə olubsa, bunu efirdə demək olmaz”.