Acun və Şeymanın Fransadakı toyundan video+fotolar

Acun və Şeymanın Fransadakı toyundan video+fotolar
5986 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı və prodüser Acun Ilıcalı 8 ildir birlikdə olduğu Şeyma Subaşı ilə Fransada toy mərasimi keçirib.

Axşam.az-ın "Posta"ya istinadən məlumatına görə, ötən gün Türkiyənin Marsel şəhərindəki səfirliyində nikaha girən cütlük mərasimi Fransanın St.Tropez şəhərində açıq havada qeyd edib.

Gecəyə Türkiyənin məşhur simaları və bəylə gəlinin yaxın dostları, qohumları qatılıb.

Ilıcalının şahidi yaxın dostu Esat Yontunç, Şeymanın şahidi isə bacısı Kübra Subaşı olub.

İlk olaraq mərasimə tək gələn Acun daha sonra xanımını çağırıb. Şeyma isə zala daxil olarkən həyəcandan göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, cütlüyün 3 yaşlı Melisa adlı qızı var.