"Yəqin onlar toydan sonra da lazım olurlar" - əməkdar artist

"Yəqin onlar toydan sonra da lazım olurlar" -  əməkdar artist
4744 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Zöhrə Abdullayeva qalmaqallı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, müğənni “5/5” verilişində yaşlı sənətkarlara “Qatarı gedib” deyənləri tənqid edib:

“Bizim yaşımıza çatanda onların faytonu da getmiş olacaq. Biz Şövkət Ələkbərova kimi sənətkar yanında su belə içməyə utanırdıq. Sənətin qatarı getmir. İndi restorandan çıxan müğənnilər elə böyük danışırlar ki... Bizim qəlbimizə dəymək olmaz. Bir neçə ay əvvəl görürəm iki müğənni deyir ki, o, Məmmdbağırla sözünü deyib bitirdi. Onu deyən mənim bircə boğazımdan edə bilsin. İndi bərk gedir, toylara lazımdır. Yəqin onlar toydan sonra da lazım olurlar.

O biri deyir, vaxtı qurtarıb. İllərimi sənətə vermişəm. Sizin nə ixtiyarınız var belə deyirsiz? Hələ də Zeynəb Xanlarovaya günəş kimi baxırıq. Biz pomidoruq cürüyək? Yoxsa qatıq, smetanıq tariximiz keçir? Danışıqlarına fikir versinlər. Düşünsünlər, danışsınlar. Mənim üçün mənfi danışsalar, başqa cür cavab verəcəm".