3 gün, 3 gecə toydan sonra milyonluq bal ayı - fotolar

3 gün, 3 gecə toydan sonra milyonluq bal ayı - fotolar
6597 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur boohoo.com saytının 53 yaşlı qurucusu Mahmud Kamani 28 yaşlı oğlu Adam Kamanini evləndirib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Adam İtaliyada Komo gölü sahilindəki villada Şarlotta MakHeyl adlı xanımla nikah masasına əyləşib. Üç gün, üç gecə davam edən toyun xərci 1 milyon sterlinqi keçib.
 
Adamla Şarlottanın bal ayı da olduqca bahalı olub. Bir aylıq səyahətə çıxan cütlük ölkə olaraq Tanzanyanı seçib. Cütlük gecəsi 850 sterlinq olan lüks villada qalır. Kamani ilə xanımının bal ayının da 1milyon sterlinqə başa gəldiyi deyilir.