Nadir Qafarzadə rayon toylarını bəyənmədi

Nadir Qafarzadə rayon toylarını bəyənmədi
2957 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə rayon toylarına getmədiyini deyib.

Axşam.az-ın məlumatına görə, sənətçi “5/5” verilişinə açıqlamasında bildirib ki, yalnız şəhər toylarına aldığı dəvətləri qəbul edir:

“Rayonlara seçilmiş toylara gedirəm. Onlar məni seçirlər. Mən bölgə müğənnisi olmamışam. Sənətə yeni gələndə rayon toylarında oxumuşam. Bölgələrin özünün başqa repertuarı, musiqi seçimi var. Mən şəhər oxuyanıyam. Bu yaxınlarda Şəmkirdə, Əlibayramlıda olmuşam. Toya gedirik ki, çörəkpulu qazanaq. Amma tarixdə mahnılarımız qalacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Qafarzadə Bərdədə toya qatılmış, ev yiyəsi ilə arasında qalmaqal yaşanmışdı.