Xalq artistindən Ədalət Şükürova etiraz - video

Xalq artistindən Ədalət Şükürova etiraz -  video
2964 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Faiq Ağayev “APA TV”-nin “Show time” verilişinin qonağı olub.
 
Axşam.az xəbər verir ki, müğənni Ə.Şükürovun "Azərbaycanda konsertdən qazanan müğənni yoxdur" fikrinə etiraz edib:

"Ədalət ancaq özü üçün danışa bilər. Hər bir konsertin sənədləri, müğənnilərin VÖEN-i var. Əgər mən konsertdən vergi ödəyirəmsə, deməli pul qazanıram. Söhbət Ədalətdən getmir, yaxşı oğlandır. Bu sözləri deyənlər naşı insanlardır, konsert keçirməyi bacarmayanlardır. Azərbaycanda 3 müğənni var ki, konsertdən pul qazana bilirlər. Biri mənəm, biri Alim Qasımovdur, üçüncüsünü isə deməsəm də olar".
 
Ağayev konsert keçirən təşkilatların olmamasından şikayətlənib:

"1991-ci ildən bununla məşğul olduğum üçün mənə asandır. İşi bilirəm. Amma başqaları üçün çətindir.

Elə insanlar var ki, deyir konsert zamanı anşlaq olub. Adamın bəzilərinə gülməyi gəlir".

Xatırladaq ki, Ə.Şükürov bildirmişdi ki, Azərbaycanda konsertdən gəlir əldə edən müğənni olmadığını demişdi:

“Əgər bunu kimsə deyibsə, bilin ki, yalan deyir”.