"Əziyyət çəkirdim, bezmişdim..." - Nahidə Orucova

"Əziyyət çəkirdim, bezmişdim..." -  Nahidə Orucova
11494 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mən illərlə mədə ağrısından çox böyük əziyyət çəkdim. Bu ağrı mənə çox böyük fəsadlar verirdi. Təzyiqim, şəkərim qalxırdı. Təsəvvür edin, biz İrana getmişik. İşçilərimiz İrandan ədviyyatlar alıb gəlir, mənsə bir çamadan dərmanla geri qayıdırdım. Çox əziyyət çəkirdim. O qədər bezmişdim ki... Dedim buna son qoymalıyam. Nəticədə, mədə əməliyyatı etdirdim”.

Axşam.az xəbər verir ki, bu sözləri əməkdar artist Nahidə Orucova "ARB Ulduz"a açıqlamasında deyib.

Aktrisa bildirib ki, səhhətində yaranan problem artıq həll olunub. Orucova yeni görünüşündən söz açıb:

"Bu gün sağlamamsa, kinolarımda, səhnədə hər kəs bunu görür. Həmişə göz önündəyəm. Hamı görür ki, indi heç bir fəsad yoxdur. Əksinə özümü çox sağlam hiss edirəm. O qədər yüngülləşmişəm. Qanadım yoxdur uçmağa.

Sosial şəbəkələrdə mənə yazıb sual verirlər ki, Nahidə xanım, necə gözəl arıqlamısınız. Hansı pəhrizdən istifadə etmisiz, kiminlə işləyirsiz? Vaxtilə dietoloq Leyla Zülfüqarovayla işləmişəm. Ancaq mənim vaxtım olmadığına görə sistemli pəhriz saxlaya bilmirdim. Mən hamıya deyirəm ki, əməliyyat olunmuşam”.

Əməkdar artist hələlik sevgi barədə heç nə düşünmədiyini, ancaq qızını köçürdükdən sonra bu haqda fikirləşəcəyini söyləyib:

“Ailə təklifi var. Ancaq irəlidə mənim hələ qızım var. Mən əvvəl qızımı köçürməliyəm. 28 yaşımda qızım var. Əvvəl qızımı köçürüm, sonra özüm barədə düşünərəm. Həyatda hər şey ola bilər”.