"Həkim dedi ki, təcili ürəyini yoxlatdır" - Brilliant Dadaşova

"Həkim dedi ki, təcili ürəyini yoxlatdır" -  Brilliant Dadaşova
2700 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova səhhətindən danışıb.

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl Türkiyədə halı pisləşib, xəstəxanaya yerləşdirilən müğənni "ATV maqazin onlarla"ya açıqlamasında bildirib ki, həkimin məsləhətlərinə əməl etmir:

"Heç özüm də bilmirəm nə oldu. İstanbula toya getmişdim. Toydan sonra bəylə gəlinin evlərinə qonaq getdim. Cahangir Novruzov da orada idi. Onunla nərd oynadıq. Qəfildən gördüm ki, başımda qəribə səslər var. Səsimi çıxarmadım, dözdüm, heç kimə bildirmədim. Yolda maşını güclə sürürdüm. Evə gələn kimi hərarətimi ölçdülər. Təcili yardım gəlib, hərarət 39, təzyiq 140-a qalxmışdı. Təcili xəstəxanaya aparıldım. Həkim dedi ki, boğazda iltihab yox, burun axmır, amma hərarət var. Dedilər, ürəyini yoxlatdır. Amma heç birini etməmişəm".
 
B.Dadaşova son günlər xeyli arıqlamasından danışıb:

"Son günlər 2-3 kiloqram kökəlmişdim. Onu yox etmək üçün gecə-gündüz idman məşğul oluram. Şirniyyatı isə qida rasionumdan çıxarmışam".