"Mənim üçün ağır itkidir"

"Mənim üçün ağır itkidir"
2277 dəfə oxunub
  • A-
  • A
  • A+

Aşıq Namiq Fərhadoğlu “Dünya TV”də yayımlanan “Sənin ulduzun” verilişində bir neçə gün əvvəl dünyasını dəyişən həmkarı Ədalət Nəsibovu yad edib.

Axşam.az xəbər verir ki, sənətçi aşığın vəfatının onun üçün ağır itki olduğunu deyib:

“Mənim üçün ağır gündür. Türk dünyasında dəyərli aşıqlardan olan Ədalət Nəsibovu itirdim. Təzə addımladığım vaxtlar Dədə Ədalət yanımda idi. Saz dünyasında ondan böyük sənətkar yoxdur. Ustadım mənə ilk günlərdən xeyir-dua verib. Sentyabrın 29-da ad günümdür. Ona zəng vurdum ki, bu dəfə də səni orada görmək istəyirəm. Dedi, maşın göndərərsən gələrəm. Amma eşitdim ki, dünyasını dəyişib. Bu verilişi ona həsr edirəm. Onun dünyasını dəyişməsi mənim üçün ağır itkidir”.