14 ildən sonra boşandılar

14 ildən sonra boşandılar
998 dəfə oxunub
  • A-
  • A
  • A+

“Matrisa” filminin ulduzu Lourens Fişborn arvadı Cina Torresdən ayrılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 14 illik evlilik həyatının bitməsini Torres sosial şəbəkədə yazıb.

“Ötən ilin payızından boşanma ərəfəsində idik. Bu ayrılıqda heç bir tərəf günahkar deyil. Sadəcə, final bizim arzuladığımız kimi olmadı. Boşanmaq ailəmizə təsir etməyəcək. Qızımızı birlikdə böyütməyə davam edəcəyik”.

“Form-major” serialından tanınan Cina bir müddət əvvəl başqa kişi ilə görüntülənmişdi.

Qeyd edək ki, Lourens və Torres 2001-ci ildə nişanlanıb, 2002-ci ildə evləniblər.