Seren Gülbəni biabır etdi: "Evli kişiyə yazdıqların..."

Seren Gülbəni biabır etdi:  "Evli kişiyə yazdıqların..."
7165 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülbən Ərgən bir neçə gündür orqanlarını bağışlaması ilə bağlı paylaşımlarıyla gündəmə gəlib.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçi hətta sənədləri paylaşaraq “Mən bütün orqanlarımı bağışladım” deyib.

Gülbənin bu sözlərindən sonra Seren Serengül də sosial şəbəkədə fikirlərini bölüşüb və qarşı tərəfi biabır edib:

“Bir razılığa gələk: Biz orqanımızı bağışlayaq, sən isə damar bağışla, özü də “ar” olsun. Ailəli ola-ola başqa evli birinə məktublar yazan, münasibət yaşayan, hər dəfə uşaqlarının arxasına sığınan möhtəşəm bir ana. Mesajları yazdığın, evdən ayrılmasını, boşanmasını tələb etdiyin adamın da bir xanımı, övladları var idi. Sabah qəzetlərə yaxşı bax, oradakı sənin əl yazındır. Sabah qəzetlərdə yazışmalarınız çıxandan sonra da hər şeyi inkar edəcəksən?

Məni susdurdun, iki jurnalisti qovdurdun. Amma ərin nə demişdi? – “Gerçəklərin bir gün ortaya çıxmaq kimi bir özəlliyi var”. Mənə etdiyini Yeşimə, Yeşimə etdiyini bir başqasına edib yaşadın. “Hürriyet” qəzetinə bütün mal-mülkünü bağışladın, əməllərini ört-basdır etdilər.

Mən susmayacam. And içdim, sənin gerçək üzünü Türkiyəyə göstərəcəm. Vicdanını susdura bildin? Sən çox pissən. Amma cənnət də, cəhənnəm də bu dünyadadır. Hamımızı pis etdin, indi başqa bir qadının qəlbini incitməyinə icazə verməyəcm”.