"Heç bir müğənni İzzətin yanında olmadı"

"Heç bir müğənni İzzətin yanında olmadı"
9422 dəfə oxunub
  • A-
  • A
  • A+

“İzzət Cavanşir Məmmədov, Zöhrə Abdullayeva və Firuzə İbadovanı ağsaqqal kimi xəstəxanaya, döyülən adamın qapısına minnətçi kimi yollayıb”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Manaf Ağayev “Səhər-səhər” verilişində deyib.

Sənətçi müğənni İzzət Bağırzadənin cangüdəninin məclislərin birində dalaşmasından danışıb.

O bildirib ki, heç bir sənət dostu İzzətə zəng vurub, yanında olmayıb:

“İzzət kimə nə edib? Heç kim hadisədən sığortalanmayıb. Heç bir sənət dostu ona baş çəkmədi. Heç yığıb demədilər ki, başına nə yaxşı iş gəlib? Biz musiqiçilər beləyik. Heç bir kişilik, birlik yoxdur".

Qeyd edək ki, 31 avqust tarixində “Neolit” restoranında təşkil edilən məclisdə iştirakçı olan 44 yaşlı Aslanov Novruz Qərib oğlu, onun 16 yaşlı oğlu Vüsal Aslanlı və məclis sahibinin yaxın qohumu Asif Zeynalov müğənni İzzət Bağırovun Elçin adlı cangüdəni və şadlıq evinin Tural adlı mühafizəçisi tərəfindən möhkəm döyülüblər.