"Tanımadığım biri bütün borclarımı ödədi" - Fərda

"Tanımadığım biri bütün borclarımı ödədi" -  Fərda
3266 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hal-hazırda olduğum evi ipoteka ilə almışdım. 5 il işləmədim və krediti ödəyə bilmirdim. Mənə qoyulan vaxt da bitirdi. Sonuncu ay idi. Cibimdə də 60-70 manat pul var".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev “Səhər-səhər” verilişində deyib.

Yumor ustası başına gələn maraqlı hadisədən danışıb:

"Saat 2-nin yarısında Moskva nömrəsi ilə zəng gəldi. Dedi ki, "2-3 il bundan əvvəl sən mənim toyumu idarə eləmisən. 1 həftədir gecə-gündüz mənim yuxuma girirsən. Hamı deyir ki, ona kömək elə. Sənin nə problemin var?". Dedim, yox qardaşım, Allah razı olsun, heç nə yoxdur. Dedi ki, mən yata bilmirəm, 1 saata səni yenə yığacam. Nə problemin varsa de.

Adboy verib, gəlib evin tinində oturub fikirləşirəm ki, yığım deyim? Mən bunun yuxusuna hardan girmişəm? Bir də gördüm yığdı. Dedi ki, qardaş, de, nə problemin varsa. Dedim qardaş, onsuz da bilirsən də problemim var. Məsələni başa saldım. Sabah artıqlaması ilə pulu göndərdi. Hələ cibxərcliyi də göndərdi. 1 həftə sonra Bakıya gəldi. Mənə dedi ki, sən nəsildən geri qalırsan. Bir şey elə. Nə də lazımdır qardaşın arxandadır.

Həqiqətən də milyarder deyil. Moskvada kiçik bir biznesi var. Mənə borc verdi. Dedi, daha sonra işin tutar, qaytararsan. Ay yarımdan sonra bütün borclarımı bağladım".