Acun Şeymanın rəqs edən videolarını sildirir

Acun Şeymanın rəqs edən videolarını sildirir
6409 dəfə oxunub
  • A-
  • A
  • A+

Acun İlıcalıyla Şeyma Subaşının Fransada baş tutan toyu ilə bağlı xəbərlər səngimək bilmir.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, toyda Şeyma bir dəqiqə belə yerində oturmayıb, qonaqlarla rəqs edib.

Acun Subaşının yanında olmağa çalışsa da, buna çox da nail ola bilməyib.

Subaşının rəqs edərkən çəkilən videoları tez bir zamanda sosial mediada yayılıb. “Youtube”yə də yüklənən görüntüləri silmək üçün Acun işə başlayıb. Bəzi görüntülərin “Bu videolar “Acun” media tərəfindən icazə haqqı tələb edir” yazısıyla silinməsi diqqət çəkib.