Lütfi Zadənin cənazəsi Bakıya 7-10 günə gələ bilər

Lütfi Zadənin cənazəsi Bakıya 7-10 günə gələ bilər
1008 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mən Amerikadan bu gün gəlmişəm. İki gün əvvəl Los-Ancelesdəki konsulluğumuzdan mənə dedilər ki, Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər”.

Axşam.az xəbər verir ki, bunu APA-ya açıqlamasında dünya şöhrətli alim Lütfizadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova deyib.

Onun sözlərinə görə, alimin cənazəsinin gətirilməsi sənədləşmə məsələsinə görə ləngiyir:

“Hazırda bu məsələ müzakirə olunur. Hər halda, mənim bildiyim odur ki, bu proses yeddi gün, bəlkə də on gün çəkdi. Sizə dəqiq heç nə deyə bilmirəm. Çünki ola da bilər, yeddi-səkkiz günə yox, cənazəni dörd-beş günə gətirsinlər”.