"ANS-in açılmağı mümkün deyil" - MTRŞ-dan açıqlama

"ANS-in açılmağı mümkün deyil" - MTRŞ-dan açıqlama
2523 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov Azvision.az-a bildirib ki, ANS TV-nin açılması mümkün deyil.

“Bu barədə Ali Məhkəmənin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq, Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb”, -deyə T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.

MTRŞ rəsmisi əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir.

Qeyd edək ki, Vahid Mustafayev bir müddət əvvəl müsahibəsində ANS-in yenidən açılacağını bildirib.