Sərxoş müğənni neylədiyini bilmədi - fotolar

Sərxoş müğənni neylədiyini bilmədi - fotolar
4399 dəfə oxunub
  • A-
  • A
  • A+
90-cı illərin ən çox dinlənilən müğənnilərindən olan Cesika Simson sərxoş vəziyyətdə paparazzilərə tuş gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı Erik Consonun doğum günü partisinə qatılan ifaçı oradan çıxarkən ayaqda dura bilməyib.

Bir anlıq yıxılma təhlükəsi ilə üz-üzə qalan Cesika ərinin köməkliyi ilə avtomobilə minib.
Kameraları görən Simson dil çıxardaraq etirazını bildirib.

Qeyd edək ki, Cesika və Erik 2010-cu ildən tanışdılar. Onlar 2014-cü ildə rəsmi nikah kəsdiriblər. Cütlüyün bu nikahdan 3 övladı var.