Dünyanın ən zəngin qadını öldü - fotolar

Dünyanın ən zəngin qadını öldü - fotolar
2448 dəfə oxunub
  • A-
  • A
  • A+
“L'Oreal” fransız kosmetika şirkətinin sahibi, dünyanın ən zəngin qadını Lilian Betankur 95 yaşında vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə L.Betankurun ailəsi sosial şəbəkədə yazıb.

Bildirilir ki, Lilian ötən gecə öz evində vəfat edib.

Lilianın Fransuaz Betankur Meyers adlı qızı var. Lakin tez-tez qızı ilə mübahisə edən Betankur var-dövlətinin onun adına keçməsini istəmirdi.

Qeyd edək ki, 1922-ci ildə anadan olan Betankur “L'Oreal” şirkətinə 1957-ci ildən, atası öldükdən sonra sahib olub.

Bu il “Forbes” jurnalı ilin ən zəngin insanları arasında onun adını da qeyd edib. Lilian 39.5 milyard avro ilə siyahıda 14-cü olub.