42 yaşında 20-ci dəfə ana oldu - fotolar

42 yaşında 20-ci dəfə ana oldu - fotolar
8083 dəfə oxunub
  • A-
  • A
  • A+
Adətən müasir dövrdə qadınlar 2-3 övladdan artıq körpə dünyaya gətirmək istəmirlər. Hamiləlik orqanizmin ən çətin dövrü, uşaq böyütmək isə insan həyatının ən məsuliyyətli və ağır mərhələsidir. Lakin britaniyalı Syu Redford bu çətinliklərdən qorxmur. O, bu yaxınlarda düz 20-ci dəfə ana olub.

Axşam.az-ın məlumatına görə, 42 yaşlı Syu sonuncu övladı – oğlu Arçini sentyabrın 18-də dünyaya gətirib. Xanım Redfordun sözlərinə görə, 20-ci övladı da çox arzulanan və gözlənilən olub. O, əri ilə belə məsləhətləşib ki, aralarındakı sevgi münasibətinin tam olması üçün 20-ci körpələri doğulmalıdır. İndi Redfordların 11 oğlu, 9 qızı var. Syu açıqlamasında bundan sonra uşaq dünyaya gətirmək istəmədiyini deyib.

Qeyd edək ki, Syu ilə həyat yoldaşı Noel uşaq evində böyüyüblər. Syu ilk dəfə 14 yaşında ana olub. Ancaq o, Noellə körpəsini uşaq evinə vermək istəməyib. Noel bəzən övladlarının doğum günlərini unutduğunu deyir.