Natavan Aygün Kazımovaya söz atdı: "Tarix təkrarlanır"

Natavan Aygün Kazımovaya söz atdı:  "Tarix təkrarlanır"
5162 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Natavan Həbibi İnstaqram səhifəsindəki paylaşımı ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, sənətçi 2014-cü ildə “Crystal hall” səhnəsinə çıxdığını vurğulayaraq videosunu yayımlayıb:

“Və budur... Düz 6 gündən sonra möhtəşəm “Crystal hall” səhnəsindəki konsertimizin baş tutmasının 3 ili olacaq - 27.09.2014. Belə səhnələrin yalnız xaricdə yox, Azərbaycanımızda da olması, incəsənətimizə verilən dəyərin göstəricisidir.  2014-cü ili yaradıcılığımda “konsertlər ili” elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa tarix təkrarlanır”.

N.Həbibinin paylaşımına izləyicilərin bəziləri tənqidlər yazıb, bəziləri isə sənətçinin tərəfini tutub. Bir çoxları isə onun bu gün “Crystal hall”da konserti olacaq xalq artisti Aygün Kazımovaya söz atdığını vurğulayıb. Bir az keçdikdən sonra Natavan paylaşımındakı şərhləri bağlayıb.

O, növbəti görüntüsünü yayımlayaraq özünü müdafiə etməyə çalışıb:

“Öncəki paylaşımımın bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim, çoxdan edərdim. Bu, mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt paylaşmağa haqqım var -  3, 5 və ya 10 il sonra. Zaman anlayışı kimdəsə narahatçılıq yaradırsa, o da onun şəxsi işidir. Hər kəsə yaradıcılığında uğurlar, Allah heç kəsin əziyyətini yerdə qoymasın. Heç bir narahatçılığa və narazılığa səbəb yoxdur. Heç kimin əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, bahalı bə əziyyətli olduğunu bizdən başqa bilən olmaz”.

Qeyd edək ki, A.Kazımova bu gün yaradıcılığının 30 illiyi münasibətilə "Crystal hall"da solo konsert verəcək. Tədbirin səs rejissorluğu Jerar Albodur. Jerar Rihanna, Betti Smit kimi ulduzlarla çalışıb. Konsertin ssenaristi Argentinadan gələn Santyaqo Fernandezdir. Layihədə A.Kazımovanın prodüserliyini gürcü Stefani Mqerbrişvili edir. Müğənninin geyimlərini modelyer Rüfət İsmayılov hazırlayacaq. Səhnə dekorasiyası üzərində isə Tea Teliya çalışır. Konsertin musiqi prodüseri əməkdar artist, “Rast” qrupunun rəhbəri Rəşad Haşımovdur.