Lider TV müflis olub?

Lider TV müflis olub?
1358 dəfə oxunub
  • A-
  • A
  • A+

Lider kanalının müflis olmaq üzrə olduğu və oktyabr ayında satışa çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  kanalın işçiləri artıq 4 aydan çoxdur ki, maaş almır. Sosial şəbəkədə yayılan məlumatlara görə, xəbərlər və həmçinin digər canlı yayımda çalışan əməkdaşlar işdən çıxarılıb. Hətta kanalın gecə növbəsinin ləğv olunduğu və bəzi texniki avadanlıqların satışa çıxarıldığı da qeyd olunur.

“Xəbərlər” departamentinin müdiri Anar Şükürovla əlaqə saxlanılıb. O qeyd edib ki, rəhbəri olduğu departament fəaliyyətini davam etdirir:

“Gördüyünüz kimi, yeni mövsümdə biz hər iki saatdan bir efirə çıxırıq. Amma digər suallarla bağlı kanalın PR meneceri ilə əlaqə saxlamaq lazımdır”.

Kanalın PR meneceri ilə əlaqə saxlamağa çalışılsa da, onun telefonuna zəng çatmayıb.