"Ərini aldatdı" sözləri Gülbeni hövsələdən çıxardı - məhkəməyə verir

"Ərini aldatdı" sözləri Gülbeni hövsələdən çıxardı - məhkəməyə verir
3626 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Yeşim Salkımla aparıcı-müğənni Seren Serengilin Gülben Ergen haqqında açıqlamaları yeni qalmaqalın əsasını qoyub.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, televiziya verilişlərinin birinə qatılan Yeşim Gülben haqqında sərt sözlər söyləmiş, Seren isə sosial şəbəkədə Ergenin keçmiş əri Erhan Çeliki aldatdığını yazmışdı. Bu açıqlamalardan sonra Gülben hər iki həmkarını məhkəməyə vermək qərarına gəlib:

“Ayıbdır! Bu qədəri də artıqdır! 26 ildən bəri ilk dəfə kimisə məhkəməyə verməkdən başqa çarəm qalmadı”.