Güllə fotolarını paylaşdı, cəzalanmasını istədilər - fotolar

Güllə fotolarını paylaşdı, cəzalanmasını istədilər - fotolar
6064 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın Volqoqrad şəhərində yaşayan 19 yaşlı Nataliya Qurova sosial şəbəkədə paylaşdığı şəkillərə görə peşman olub.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, gənc qız İnstaqram səhifəsində gözəlliyi ilə diqqət çəkən bir güllə çəkdirdiyi şəkillərini yerləşdirib. Qurovanın bu pozları çox bəyənilsə də, izləyicilərin diqqətindən bir nüans qaçmayıb.

Belə ki, Nataliyanın əlində tutduğu “nelumbo” adlı gül nadir tapılan çiçəkdir. Bu səbəbdən Qurova onu qopartdığı üçün “vandal” adlandırılıb. Ekoloqlar hazırda Nataliyanın cəzalandırılması üçün əllərindən gələni edirlər.