“Molla Nəsrəddinin beş arvadı” Musiqili Teatrda

“Molla Nəsrəddinin beş arvadı” Musiqili Teatrda
376 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, 107-ci mövsümü teatr Dilsuz Mustafayevin Azərbaycan dilinə tərcümə etdiyi bu səhnə əsəri ilə başa vurub.

Tamaşada rolları əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ruslan Mürsəlovvə Şaban Cəfərov ifa edirlər.

Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissor-assistenti Tamilla Aslanovadır.